Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dilimizə yeni girmiş bu sözlərin mənasını öyrənin ki, geridə qalmayasınız

Hər il insanların ana dilinə minlərlə yeni söz əlavə olunur. Neologizmlər müxtəlif yollarla yaranır və elmi- texniki sürət onilliyində biz bunun daha çox şahidi olduq.

Bu gün Bizimyol.info sizə dilimizə yeni daxil olmuş, gənc nəslin və bütün dünyanın sevərək işlətdiyi neologizmlərin mənası barədə məlumat verir.

Ofik - ofisiant sözünün qısaldılmış versiyasıdır.

Ofnik - hansısa futbol klubuna azarkeşlik edib, dava salan fanata deyilir.

Bodişeyminq - xarici görünüşə görə insanın tənqid edilməsi hətta utandırılmasıdır.

Bodipozitiv - əksinə, istənilən halda insan bədənini qəbul etməkdir.

Hasl - şübhəli yolla uğur əldə edən adama deyilir.

Mitbol - ətdən hazırlanmış yeməkdir, anlamı "ət topu" deməkdir. Təxminən bizim mətbəxin "dolma"sını xatırladır. Necə deyərlər, dolma gedib xaricdə "mitbol" olub.

Mitap - qeyri rəsmi işgüzar görüş, qeşeft səmərə, qeştal hansısa tələblə bağlı emosiya və hiss deməkdir.

Svaypom - barmaqla smartfonun ekranını oynatmaq, svop əşyaları dəyişdirməkdir ( məsələn kimsə ayaqqabısını başqasının donu ilə dəyişmək istəyirsə svop edək deyir).

Podkast - internet üzərində yayımlanan proqramlara deyilir, podkat isə kiminləsə flort etmək cəhdi kimi məna daşıyır. Bəzi insanlar haqqında nyufaq ifadəsi işlənir, anlamı internet məkanda yeni olmaq deməkdir.

Nouneym - tanınmamış brend haqında işledilen fikirdir. Bəzən tanınmamış müğənni və aktyorlara da deyirlər.

Bekap - ehtiyat surətçıxarma, arxiv yaratma.

Bumerlər - bebi-bum dövründə dünyay gələnlərdir, yəni çoxuşaqlı ailələrin zamanında, zumerlər isə Z nəslinin nümayəndələridirlər, yəni 90-cı illərdən sonra doğulanlardır.

Baytit - kiminsə nailiyyətindən uğurundan özünə pay çıxanlara deyilir, kriptovalyuta ilə qazanc əldə edənlərə mayniq, olmadığı bir şəxsin obrazına girənləri vannabi deyilir, çox xoşuna gələn bir şey haqqında isə vanlav idfadəsi işlədilir.

Zamanını axtarış motorlarında keçirmək "çekin" adlanır. Günümüzün insanlarının çoxu zamanını çekinlə keçirir.

İlhamə

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »