Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov qızını nazir müavini təyin edib

Çeçenistanın avtoritar lideri Ramzan Kadırov böyük qızını Mədəniyyət nazirinin birinci müavini təyin edib, - RFE/RL xəbər verir.

Kadırov 21 yaşlı qızının vəzifəyə təyin olunmasını 1 sentyabrda “Telegram”dan elan edərək, bu addımını “qətiyyətli qərar” adlandırıb.

“Gənc olmasına baxmayaraq, o, mədəniyyətlə əlaqəli layihələr də daxil olmaqla bir çox mürəkkəb və böyük layihələri idarə etməkdə zəngin təcrübəyə sahibdir”,- Kadırov qızına işarə edərək deyib.

Aişat Kadırova kolleksiyalarını Paris, Dubay, Moskva və Qroznıda təqdim edən “Firdevs” moda salonunu idarə edir.

İyul ayında ABŞ Dövlət Departamenti işgəncə və məhkəmədən kənar edam da daxil olmaqla bölgədəki insan haqları pozuntularına görə Kadırova qarşı yeni sanksiyalar tətbiq edib. Yeni sanksiyalar Aişat Kadırova, bacısı Karina və anası Medni Kadırovanı da hədəfə alıb.(meydan TV)

Paylaş »
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
Son xəbərlər
Bütün xəbərlər »