Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Taksi xidməti göstərən avtomobillər sayğaclarla təmin olunsun” - Ekspert

“Taksi xidməti göstərən şəxslərlə bağlı Azad İstehlakçılar Birliyinə müraciətlər daxil olur. Müraciətlər onların istehlakçıları aldatması, sövdələşmədən sonra artıq pul tələb etməsi halları ilə bağlıdır”.

Bunu Bizimyol.info-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

Eyyub Hüseynov

E.Hüseynov qeyd edib ki, taksi fəaliyyətində olan problemlərdən birincisi taksi fəaliyyəti göstərən şəxsin müştəriyə kassa qəbzini verməməsidir: “Kassa qəbzinin verilməməsi taksi fəaliyyəti göstərən şəxslərin vergidən yayınmasına səbəb olur”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayevin qalmaqallı açıqlamasını şərh edən E.Hüseynov bildirib ki, BNA-nın taksilərin gündəlik nəqliyyat vasitəsinə çevrilməsinin qarşısını almağa yönələn fəaliyyəti məntiqli deyil: “İstehlakçının seçim hüququ var. O, özü bilər ünvana taksi ilə gedər, ya müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusla.

Belə gözlənilir ki BNA taksi xidmətinin qiymətini bahalaşdıracaq. Bu istehlakçı hüquqlarının pozulması deməkdir. Belə qərar olacaqsa, bu, istehlakçıların hüququnun pozulması deməkdir.

BNA sərnişinlərin avtobuslarla basabasda getməsinin tərəfdarıdır. Amma çalışmaq lazımdır ki avtobuslarda seyrəklik olsun, taksilərin qiyməti ucuz olsun.

Taksi xidməti sahəsində vəziyyətin daha da yaxşılaşdırılması üçün hökumətin qiymətlərə müdaxilə etməməsi daha yaxşıdır. Yəni vahid tarif tətbiq etməsə yaxşıdır. Sadəcə, taksi xidməti göstərən avtomobillər sayğaclarla təmin olunsun. Müştəriyə kassa qəbzi verilsin. Bundan sonra qiymətlər bazara uyğun formalaşacaq.

Və taksi şirkətlərinin fəaliyyəti və qiyməti barəsində açıq informasiya olsun. Bazarın tələb və təklif aksiyomasını nəzərə alınmalıdır. Hökumət bazarda rabat biznes şəraiti görmək istəyirsə, bazara müdaxilə etməsin”.

Xatırladaq ki, vahid tarifin tətbiq olunması ilə bağlı müzakirələrə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev bildirib ki taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır: “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur”.

Ramid İbrahimov

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »