Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün 2020-ci il sentyabrın 6-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçməlidirlər.

Bizimyol.info xəbər verir ki, DİM-dən verilən məlumata görə, memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

Qeyd edək ki, memarlıq ixtisasına qəbul olmaq üçün müsabiqədə I ixtisas qrupu üzrə imtahan vermiş, ümumi balı 200 və daha yuxarı olan və Qabiliyyət İmtahanı Komissiyasından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər.

QİK-in tərkibinə memarlıq ixtisası üzrə ekspertlər daxildirlər.

Qeydiyyatdan keçən abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcəkdir.

Ali təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (o cümlədən memarlıq) üzrə məlumatlar 2020-ci ildə nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1 ci sayında verilib.

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »