Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şabranda erkən tunc dövrünə aid saxsı qablar, əmək alətləri və qoç fiquru aşkarlanıb

Şabran rayonu ərazisindəki eramızdan əvvəl (e.ə.) IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində aparılan arxeoloji qazıntıların növbəti mərhələsi zamanı erkən tunc dövrünə aid saxsı qablar, əmək alətləri və qoç fiquru aşkarlanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, avqust ayının 11-dən başlayan qazıntı işləri I Çaqqallıqtəpədə aparılır.

Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov bildirib ki, 2016-ci ildə aşkarlanan bu tarixi abidədə 5 eyni tipli yaşayış məntəqəsi var: “Hazırda işlər birinci təpədə aparılır. Məqsəd bu mədəni təbəqəni sona qədər öyrənmək və təpənin ilk məskunlaşma dövrünü müəyyənləşdirməkdir”.

S.Aşurov qeyd edib ki, builki qzıntılar zamanı bölgə üçün xarakterik olan erkən tunc dövrünə aid qazma tipli evlərin xarakterini tam müəyyənləşdirməyə nail olublar. Onun sözlərinə görə, məqsədləri bu mədəni təbəqəni sona qədər öyrənmək və təpənin ilk məskunlaşma dövrünü müəyyənləşdirməkdir. Bu il ərazidə erkən tunc dövrü üçün xarakterik, üzərində yarımşar formalı qulpları olan saxsı qablarını qalıqları, ilk dəfə olaraq qoç fiquru aşkarlanıb. Bundan əlavə sümükdən olan bəzi əmək alətləri də tapılıb ki, bu da həmin dövrdə yaşayan insanların təsərrüfat həyatını müəyyənləşdirməyə imkan verir.

Qeyd edək ki, Çaqqallıqtəpə ərazisindəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə qədim təpəliklər mövcuddur. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə 5 min illik tarixə malik qazma evlər üzə çıxıb.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »