Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial mənzillərin tikintisi ilə bağlı yeni xəbər var

Koronavirus pandemiyasının (COVID-19) neqativ təsirlərinə məruz qalmış sahələrə dövlət dəstək mexanizmlərinin tətbiq edilməsi, o cümlədən 2021-ci il dekabrın 31-dək sahibkarlıq subyektləri tərəfindən alınmış kreditlərə dövlət zəmanətinin verilməsi və faiz dərəcəsinin subsidiyalaşdırılması tədbirlərinin maliyyə təminatı dövlət büdcəsində nəzərdə tutulub.

Bu, Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində yer alıb.

Layihədə eyni zamanda qeyd olunub ki, əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi və sosial mənzillərin tikintisi üçün 2021-ci ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin ayrılması proqnozlaşdırılıb.

Qaçqın və məcburi köçkünlər və bu qəbildən olan həssas qruplar, o cümlədən əlil və şəhid ailələri üçün evlərin tikintisi üçün dövlət əsaslı vəsait qoyuluşunun davam etdirilməsi ortamüddətli dövrdə prioritet xərc istiqamətlərindən biri olacaq.

İnvestisiya xərclərinin ümumi xərclərdəki çəkisinin azalması müşahidə ediləcək ki, bunun da başlıca səbəbi əsas infrastruktur layihələrinin icrasının başa çatmasıdır. Növbəti ildən etibarən layihələrin icrasından gözlənilən sosial iqtisadi səmərə dəyərləndirilməklə yalnız ölkənin uzunmüddətli inkişaf məqsədlərinə hədəflənmiş ən zəruri investisiya layihələrinin maliyyələşdirilməsi həyata keçiriləcək.(report)

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »