Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tovuz işğalı alınmayanda növbə Acarıstan ola bilərmi?!

“Gürcüstandakı bəzi rusiyapərəst partiyalar seçkiqabağı kampaniyada Türkiyə əleyhinə təbliğat aparırlar. Hətta partiyalardan biri Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə bağlı işğalı göstərilən xəritəyə Acarıstanın Türkiyə tərəfindən işğalını da əlavə edib. Bu xəritələri reklam lövhələrinə yerləşdirib. Guya Türkiyə Acarıstanı ələ keçirib kimi axmaq şüarlar səsləndiriblər”.

Bu fikri Bizimyol.info-ya politoloq Turab Rzayev səsləndirib.

Turab Rzayev Turab Rzayev

“Rusiya Qafqazda bir nömrəli məqsəd kimi qarşısına Azərbaycanın Türkiyəyə və beləliklə də Qərbə çıxışını bağlamağı qoyub. Nə olursa olsun, Azərbaycanın Türkiyəyə koridorunu əlindən almaq istəyirlər. Tovuzda yoxladılar alınmadı. İndi də eyni xətti, Acarıstanda, Gürcüstanda kəsmək istəyirlər. İndi nəyə görə illərdir milyardlarla dollar vəsait xərclənən Bakı-Tiflis-Qars dəmiryolu xəttinin hələ də tam gücüylə istifadəyə verilməməsi, bu un qarşısının alınmasında hansı tərəfin maraqlı olduğu üzə çıxır.

Sevindirici haldır ki, Gürcüstanın əksər aparıcı partiyaları və gürcü ictimaiyyəti Türkiyəyə qarşı bu cür təbliğatı pisləyir. Hətta digər partiyaların funksionerləri və gənc aktivistlər bu plakatları cırıb atıblar... Düşünürəm ki, hər cür təxribata, xüsusilə cəbhə xəttində Ermənistanın silahlı təxribatına hazır olmalıyıq. Əsas diqqət Gədəbəy-Qazax xəttinə yönəldilməli, Qazağın müdafiəsi xüsusilə gücləndirilməlidir”, -deyə politoloq qeyd edib .

İlhamə Rəsulova

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »