Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Facebook” və “Twitter” Rusiya ilə əlaqəli hesabları bloklayıb
facebook

“Facebook” və “Twitter” “koordinasiya edilən təsdiqlənməmiş hərəkətlər” səbəbindən Rusiya strukturları ilə əlaqəli bəzi hesabları silib və ya bloklayıb.

Bu barədə sosial şəbəkələrin press-relizlərində bildirilir.

“Facebook”un xəbərinə görə, Rusiya İnternet Tədqiqat Agentliyi ilə əlaqəli 13 hesab və iki səhifə sosial şəbəkədən silinib. Bu, həmin səhifələrin fəaliyyətinin Böyük Britaniya, ABŞ, Əlcəzair və Misirə yönləndirilməsi ilə bağlıdır:

“Bu araşdırmanı FTB-nin (Federal Təhqiqat Bürosu) məlumatlarına əsasən başladıq. Daxili araşdırmamız “Facebook”dakı şəbəkənin bütün həcmini əhatə edir”.

“Twitter” isə öz növbəsində bu sosial şəbəkədə beş hesabın bloklandığını bildirib:

“Platformadakı manipulyasiyalara görə Rusiya dövlət qurumları ilə etibarlı şəkildə əlaqələndirə biləcəyimiz beş hesabın fəaliyyətini dayandırdıq”.(redaktor.az)

Paylaş »
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Sosial şəbəkənin şantaj qurbanları: Cinayət var, cəza yox
››› 1 milyon qazanmaq üçün əlini qopardan qadın həbs olundu
Son xəbərlər
Bütün xəbərlər »