Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Maysak” tufanı Yaponiyanın cənubunda fəsadlar törədir

Avqustun 3-də Yaponiyanın cənub-qərbində yerləşən Kyuşü adasına çatan “Maysak” tufanı bu ərazilərdə fəsadlar törədir.

NHK telekanalı xəbər verir ki, tufanın əmələ gətirdiyi güclü yağış və külək nəticəsində təqribən 117 min ev elektrik enerjisiz qalıb.

Həmin ərazidə yerləşən Saqa, Kumamoto və Fukuoka prefekturalarında elektrik enerjisi yalnız bəzi yerlərdə kəsilib. Naqasaki prefekturasında isə təqribən 114 min ev təsərrüfatına elektrik enerjisinin verilişi dayanıb.

Hazırda tufanın Koreya yarımadası istiqamətində hərəkət etdiyi bildirilir. Onun mərkəzində küləyin sürəti saniyədə 45 metrə çatır.

Əlavə olaraq qeyd edək ki, bu cari fəsildə Sakit okeanda əmələ gələn sayca doqquzuncu tufandır.(azərtazc)

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »