Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN Sumqayıtda itkin düşən azyaşlının axtarışına başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bu gün axşam saatlarında Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bizimyol.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ilkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »