Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailəsi razı olmasa da, özündən böyük və yeriyə bilməyən qızı qaçırıb evləndi - Foto

Türkiyənin Mersin şəhərində gənc oğlan ailəsinin razı olmadığı izdivaca qol qoyub.

Tufan Sulu özündən 10 yaş böyük gəzə bilməyən qadınla evlənib.

Bizimyol.info xəbər verir ki, 30 yaşlı gənc hələ 2016-cı ildə münasibətləri rəsmiləşdirmək istəyirmiş. Amma ailəsi hərəkət məhdudiyyəti olan Fatmanı gəlin kimi görmək istəmədiyini açıq bildirib. Üstəlik, qadının Tufandan 10 yaş böyük olması onların mövqeyini bir az da gücləndirib.

Tufan Sulu, Fatma Sulu Tufan Sulu, Fatma Sulu

Bu halda Silifke ilçəsində yaşayan oğlan Fatmanı qaçırmaq qərarı verib. Tufan əşyalarını toplayaraq, evdən gedib. Onlar kiçik məclis quraraq nikahı rəsmiləşdiriblər.

Tufanın dediyinə görə, toyu kirayə yaşadıqları mənzilin qonşuluğundakı xeyirxah insanların sayəsində keçirə biliblər. İndi onlar televizoru, kondisioneri, istilik sistemi olmayan bir otaqda yaşayırlar. Tufan bütün məişət yükünü üzərinə götürüb.

Ailə çox çətinliklə dolanır. Böyük borclar yaranıb. Qonşular kömək etməsə, həyatı davam etdirmək çətin görünür. Tufan media vasitəsilə insanlardan kömək istəyib.

Son xəbərlər
Bütün xəbərlər »