Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mövlud Çavuşoğlu: “Çox sağ olun, Cənab İlham Əliyev”

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

APA-nın xəbərinə görə, nazir şəxsi “Twıtter” səhifəsində Prezident İlham Əliyevin “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” fikrinə belə cavab yazıb: “Çox sağ olun, Cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç zaman şübhə etmədik! Türkiyə də hər zaman Azərbaycanın yanında olacaq”.

Qeyd edək ki, bu gün Prezidenti İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolas Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə də toxunub. İlham Əliyev deyib ki, Türkiyə Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkədir: “Azərbaycan heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və bütün hallarda dəstəkləyəcək. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
Son xəbərlər
Bütün xəbərlər »