Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnının orqanizmində zəhər tapıldı, rus pulu “ölməyə” başladı

Avqustun 20-də zəhərlənən Rusiya müxalifətinin lideri Aleksey Navalnı bundan bir neçə gün sonra Almaniyaya aparılmışdı.

Geridə qlan müddət ərzində alman həkimlər onun nəylə zəhərləndiyini müəyyənləşdirməyə çalışırdı.

Bizimyol.info xəbər verir ki, sentyabrın 2-də Navalnının “Noviçok” zəhər qrupundan olan maddə ilə zəhərləndiyi dəqiqləşib. Bu xəbər yayılan kimi dünya birjalarında rus rublu dəyər itirməyə başlayıb. Dollara nisbətdə məzənnə 75-i sürətlə keçib. Axşama doğru 75.71 göstəricisi qeydə alınıb.

Rusiya rublu Rusiya rublu | Foto: Pixabay.com

Rusiyada avro da güclənməyə başlayıb. Avropa valyutasının 90 həddini keçməsinə bir şey qalmayıb.

Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert Berlində müalicə olunan Navalnının orqanizmində “Noviçok” qrupundan olan zəhər aşkarlandığını ictimaiyyətə çatdırıb. Rəsmi Berlin Rusiyanın bu ölkədəki səfirindən məsələyə münasibət tələb edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »