Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda maskaya görə cərimə ödəməyənləri pambıq yığmağa göndərirlər

Türkmənistan hökuməti ölkədə koronavirus olduğunu rəsmən qəbul etmək istəmir.

İnfeksiyadan ölənlər var, müalicə olunanların çox olduğun bildirilir. Amma Türkmənistan hökuməti yenə faktı təsdiqləməyi düşünmür. Əvəzində maska taxmayanlar cərimə olunur.

Bizimyol.info xəbər verir ki, avqustun 29-dan bu qaydaya əməl olunmamasına görə cərimə mexanizmi işə salınıb. Maska taxmayanların hər biri 60 Türkmənistan manatından (təxminən 17 dollar) keçməlidir. Türkmənlər indi çox ağır iqtisadi şərtlər altında yaşayırlar. Buna görə də əksəriyyət cərimə ödəmək iqtidarında deyil. Buna görə nəzarət işi gücləndirilib.

Cəriməni ödəyə bilməyənlər məcburi sahələrə pambıq yığmağa aparılır. Bir sutka ərzində cərimə yenə ödənməsə, həmin vətəndaş ertəsi yenə sahəyə göndərilir. Cərimələnən şəxs gün ərzində azı 20 kiloqram pambıq toplamalıdır. Proses cərimə ödənənə qədər davam etdirilir.

Alternativ media son günlər güc strukturu əməkdaşlarının küçələrdə, müəssisələrdə bu işə ciddi nəzarət etdiyini yazır. İnsanlar əksər hallarda nəyə görə belə sərt davranıldığını anlamır.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »