Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Virusun ikinci dalğasına nə qədər hazır olsaq o qədər az ziyanla vəziyyətdən çıxmış olarıq” - Deputat

“Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunub”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

Eldəniz Səlimov Eldəniz Səlimov

Deputat qeyd edib ki, bununla bağlı sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib: “Verilən qərarların qüvvədə qalması və karantin qaydalarının biraz daha yumşalmaya getməsi, yalnız vətəndaşların bundan sonrakı müddətdə də mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməsi, tibbi-profilaktik qaydalara riayət etməsi, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməsi, sosial məsafəni saxlaması və qoruyucu maskalardan istifadə etməsi sayəsində olacaqdır. Artıq yoluxma sayının azalmasına baxmayaraq rahatlamamalı, əksinə özümüzdə daha da artıq məsuliyyət hiss etməliyik”.

E.Səlimov bildirib ki, virusun ikinci dalğasına nə qədər hazır olsaq o qədər az ziyanla vəziyyətdən çıxmış olarıq: “Vətəndaşlarımıza çətin olsada onları ruh yüksəkliklərini qorumağa, sağlığlarına diqqət etmələrinə və zərurət olmadıqda evdən bayıra çıxmamağa çağırıram. Bu çətinlikdən hamımız birlik olaraq çıxmalıyıq. Allah hər birimizin yardımcısı olsun”.

Ramid İbrahimov

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »