Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlər Kabinetinə qanunların icrasına nəzarət etmək hüququ verilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”na edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin qeyri-kommersiya hüquqi şəxslərinə verdiyi tapşırığın icrasının nəticələri barədə müvafiq hesabat tapşırığın icraçısı tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmalıdır.

Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının Nazirlər Kabinetinin tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları, habelə yerli icra hakimiyyəti orqanları və dövlətin hüquqi şəxsləri tərəfindən icrasına nəzarəti həyata keçirəcək.

İcraya nəzarət Nazirlər Kabinetinin Aparatı tərəfindən təşkil və təmin olunacaq.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »