Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saxta pul hazırlayanlar saxlanılıb

Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polisə avqustun 21-də Yasamal rayon ərazisində B.Məcidov küçəsində yerləşən mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əsginas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas dövriyyə buraxmaqda şübhəli bilinən paytaxt ərazisində kirayə yaşayan Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan Ağcəbədi rayon sakini Rəşadət Hacıyev saxlanılıb.

Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X.Məmmədovdan əlavə olaraq 8 ədəd saxta 50 manatlıq əsginaslar götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş »
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »