Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qaş qayıranda göz də tökən islahat

Uşaqkən bir nağıl oxumuşdum. Bir odunçu çöldəki ağacı kesib evinə aparmaq istəyərkən ağac dilə gəlir, sehirli olduğunu bildirir. Və deyir ki, məndən bir dilək istə, yerinə yetəcək. Sadəcə nə arzu etsən qonşunda onun iki qatı olacaq. Kasıb kişi də özü üçün bir ev, bir bir inək istəyir. Gəlib özünü də, qonşusunu da evli, inəkli görüncə sevinir, sirrini həmin qonşuya açır. Deyir özüme bir ev istedim, sənin iki evin oldu.

Xəbis qonşu da həmin ağacdan dilək diləmək üçün çölə qaçır. Ağacdan nə arzu etsə yaxşıdı? Deyir mənim bir gözümü kor elə. Tək niyyəti qonşusunun iki gözünü də kor görmək imiş. Eynən bizim qabağı görməyən, düşüncəsiz , qaş düzəltmək istəyərkən göz tökən məmurlarımız kimi. Hardan xalqa azca işıq ucu görünür, çörək gəlir barmaqlarını məhz o dəliyin üstünə qoyub boğular. Bakı Nəqliyyat Agentliyi təmsilçisi Hikmət Babayev açıqlamasında taksi qiymətinin ucuzlaşaraq az qala avtobus qiymətinə çatdığını bildirib.

“Taksi qiymətləri bugünləri o həddə enib ki, hətta avtobus qiymətlərinə, az qala bərabərləşib. Yəni bu belə olmalı deyil. Siz də bilirsiniz ki, taksidən istifadə etmək əvvəlki dönəmdə olduğu kimi, müəyyən imkanlara bağlı olan bir şeydir. Yəni, taksidən yararlanmaq olar, amma bunu gündəlik və daimi nəqliyyat vasitəsinə çevirmək biraz düzgün deyil. Bunun üçün müntəzəm sərnişin daşıma mövcuddur”

Yəni camaat, qudurmayın, nökər nədir, bekar nədir misalıyla. Kasıb nədir, taksi nədir, avtobusla gedin! Özü də üst- üstə, komplektləşdirilmiş şəkildə. Taksilər, xüsusilə də "birmanatlıq" taksilər nə qədər avtobusların yükünü azaldır. Sumqayıtdan, Hövsandan mərkəzə işə gələnlərin xilas yolu belə taksilərdir. Üstəlik həftə sonları yalnız taksilərlə hərəkət etmək mümkündür. Ayda 300-400 manat maaş alan adam həftədə 2 gün taksiylə gedib gəlməyə keyfindən yox, məcburiyyətdən razı olur, bu iki gündə itirmiş olduğu ortalama 30 manat onun damarından qan çəkmək kimi bir şeydir. Taksilərin sıradan çıxarılması avtobusların yükünü daha da artıracaq.

Bir ayın içində pandemiya zamanı yorulub əldən düşmüş, tükənmiş və bütün hirsini, qəzəbini bağırmaqla çıxarmağa çalışan insan kütləsinə iki təpik zərbəsi dəydi. Gömrük limitləri və taksi qiymətləri ilə bağlı. Bu qədər cərimələr, qadağalar yetmirmiş kimi, islahat adıyla insanlara bu zülüm niyə edilir? Nazirlər kabinetinin qulağına aşağıdan kim pıçıldayıb ki, fil tək darıxır?

İlhamə

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »