Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa yoluxmuş Yuliya Timoşenkonun vəziyyəti yaxşılaşıb

Yeni növ koronavirusa yoluxmuş Ukraynanın keçmiş Baş naziri, "Batkivşina" partiyasının lideri Yuliya Timoşenkonun vəziyyəti yaxşılaşıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Yuliya Timoşenko "Facebook"da yazıb.

"Ciddi xəstəliklə təxminən iki həftəlik mübarizə gerçəklik hissini dəyişdirir. Ancaq bu barədə daha sonra danışaq. Nəhayət, bu gün kritik vəziyyətdən çıxmağı bacardım və tam bərpa hələ çox uzaqda olsa da, indi addım-addım normal həyata dönmək üçün fürsət var", Timoşenko qeyd edib.

Partiya lideri onu müalicə edən həkimlərə və bu çətin anlarda onu dəstəkləyən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Yuliya Timoşenkonun mətbuat katibi onun vəziyyətinin ağır olduğunu və keçmiş Baş nazirin süni tənəffüs aparatına qoşulduğunu bildirmişdi.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
Son xəbərlər
Bütün xəbərlər »