Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Nazirlik sentyabr ayında gözlənilən hava şəraiti ilə bağlı məlumatı açıqlayıb

Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-3 dərəcə yüksək olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacaq.

Bizimyol.info xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın birinci ongünlüyünün birinci yarısında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 22-25 (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 32-35) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-23 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 22-25 (gecələr 15-20, gündüzlər 25-30, bəzi günlərdə 35-38) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 7-13 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 13-18 (gecələr 9-14, gündüzlər 14-19, bəzi günlərdə 23-27) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 21-24 (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 33-36) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 17-44 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Orta aylıq temperaturun 19-23 (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 32-35) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 23-25 (gecələr 17-22, gündüzlər 25-30, bəzi günlərdə 33-37) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-38 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 21-24 (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-34) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm) olacağı gözlənilir.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »