Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya aviaşirkətlərinin zərəri 1,6 mlrd. dolları ötüb

Bu ilin yanvar-iyun aylarında Rusiya aviaşirkətlərinin sərnişin daşımaları üzrə ümumi zərəri 121 mlrd. rubl (1,636 mlrd. ABŞ dolları) təşkil edib.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Hava Nəqliyyatı İstismarçıları Assosiasiyasından bildirilib.

"Bu cür zərər koronavirus fonunda daşımaların azalması, həmçinin viasiya yanacağının bahalaşması və təyyarələrin lizinqinə bağlı olan valyutaların məzənnəsinin artımı ilə əlaqədardır. Bununla belə, aviaşirkətlərin ən məşhur istiqamətləri üzrə biletlərin qiyməti təxminən 30% endirilib", - Assosiasiyadan bildirilib.

Assosiasiyanın proqnozlarına görə, bu ilin sonuna Rusiya aviaşirkətlərinin əməliyyat zərəri 300 mlrd. rubl (4,1 mlrd. dollar) təşkil edəcək. 2019-cu ildə bu göstərici 54 mlrd. rubla (731,1 mln. dollar), 2018-ci ildə isə 27,8 mlrd. rubla (365,6 mln. dollar) bərabər olub.

Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında Rusiya aviaşirkətlərinin sərnişin axını 2019-cu ilin eyni dövrü ilə müqayisədə 51,8% azalaraq 27,8 mln. sərnişin təşkil edib.

Koronavirus pandemiyası fonunda Rusiya mart ayında beynəlxalq uçuşları tamamilə dayandırıb (sərnişinlərin evlərinə qayıtması üçün yalnız xüsusi reyslər yerinə yetirilirdi). Avqustun 1-dən Rusiya uçuşları mərhələli şəkildə bərpa etməyə başlayıb. Hazırda Böyük Britaniya, Tanzaniya, Türkiyə və İsveçrəyə uçuşlara icazə verilir.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »