Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyadan Ermənistana, yoxsa Azərbaycana terrorçular gətirilir? - Beynəlxalq yalan

Rusiyanın “Nezavisimaya qazeta” nəşri “Azərbaycandakı Suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı dərc etdiyi məqalədə oxuculara həqiqətə tam uğun olmayan məlumatı təqdim edib.

Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli Suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik. Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur.

Əslində bu günlərdə Rusiyanın və Ermənistanın bəzi media orqanlarında Ermənistanda Suriyadan gətirilmiş PKK qüvvələrinin yerləşdirilməsi barədə də xəbərlər yayıldı. Ola bilər ki, bu informasiyanı xəbər bolluğu içində gizləmək üçün Rusiya mətbuatına Azərbaycan barədə belə bir dezinformasiya yaymaq qərara alınıb. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Ernənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Bu o deməkdir ki, düz qulağımızın dibində düşmənimiz adı İŞİD olmasa da mahiyyəti İŞİD olan qorxunc bir terror təşkilatını qanuniləşdirir.

Əziz Əlibəyli Əziz Əlibəyli, Siyasi analitik

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Ermənistan tərəfi Azərbaycan - Türkiyə qoşunlarının birgə təlimlərindən narahatlıq keçirərək belə bir addımı atıb. Üstəlik ölkə əhalisinin sayı az, xaricə miqrasiya edənlərin sayı çox olduğundan ordunu gücləndirmək üçün bu yola üz tutulub. “Ermənistanın Dağlıq Qarabağ ərazisinə PKK döyüşçülərini cəlb etməsi barədə iddialar var. Baddım Tovuz döyüşlərindən sonra tərəflər arasında hərbi ritorikanın artması, Türkiyənin Azərbaycanı bütün sahələrdə olduğu kimi, hərbi əməliyyatlarda da dəstəkləyəcəyinə dair bəyanatına cavab olaraq edilməsi mümkün bir haldır. Üstəlik, ermənilər mülki vətəndaşlardan ordu yığmaqla bunu xalq ordusu adlandıracaqlar və gələcəkdə Azərbaycanla hər hansı bir döyüş olarsa, bu xalq ordusu qabağa veriləcək. Beynəlxalq aləmə də bar-bar bağıracaqlar ki, Azərbaycan ordusu mülki vətəndaşlara qarşı döyüşdü. Buna hərbi cinayət donu geyindirəcəklər. Ermənistandan bunu gözləmək olar və bu günə qədər etdikləri iftiralar da bənzəri qəbildəndir”,- deyə ekspert qeyd edib.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »