Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanda hər yeni doğulan uşaq Türk dünyasına nifrət ruhunda böyüdülür” - Deputat

“Düşünürəm ki, Ermənistanın bir dövlət olaraq faşist ideologiyasının daşıyıcısı və təbliğatçısı olduğu heç kimdə şübhə doğurmur. Konkret faktlara diqqət etmək kifayətdir ki, bunun bütün əlamətlərini görəsən”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Deputat qeyd edib ki, dünya xalqlarının faşizm ideyaları ilə mübarizə apardığı halda, İrəvanın mərkəzində Hitlerin yaxın silahdaşı olmuş, on minlərlə günahsız insanın ölümündə bilavasitə iştirak etmiş general Qaregin Njdeyə, heykəl qoymuşlar: “MDB dövlət Başçılarının Aşqabad sammitində Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktlarla beynəıxalq ictimaiyyətin qarşısında ,,Dro,, ləqəbli caninin kimliyini ictimailəşdirdi və Paşinyana təklif etdi ki, erməni xalqı heykəli sökməklə faşizm ideologiyasından imtina etməlidir. Paşinyanın ciddi cəhdlə Njdeni müdafiə etməsi hər kəsi təəccübləndirmişdi”.

Deputat qeyd edib ki, sonralar erməni mətbuatının əldə etdiyi sənədlərdən aydın oldu ki, Paşinyanın babası da alman faşistlərinə əsir düşərək, onlarla əməkdaşlıq edib: “Paris hava limanını partladan teroristin həbsxanadan azad etdirərək Ermənistana gətirilməsi və “milli qəhrəman” statusunun verilməsi, Roma şəhərində terror aktı törətdikdən sonra qəddar başkəsən Monte Melkonyanın eynilə Dağlıq Qarabağ ərazisində çoxsaylı mülki vətəndaşları qətlə yetirdiyinə görə adlarının əbədiləşdirilməsi.

Xocalıda dinc əhaliyə qarşı əsil soyqırım törədilməsi və utanmadan keçmiş prezident Sarqsyan və bir çox erməni separatçıları tərəfindən etiraf edilməsi.

Qatarların, avtobusların, metro stansiyalarının partladılması, 64 türk diplomatının sui-qəsd nəticəsində qətlə yetirilməsi.

Atəşkəs dövründə kiçik yaşlı uşaqların erməni snayperləri ilə vurulması, axar su hövzələrindən istifadə edərək partlayıcı maddələrlə uşaq oyuncaqlarının axıdılması kimi vəhşiliklər.

Azərbaycandan əlavə digər qonşulara, Türkiyəyə, Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməsi və s. minlərlə erməni terorizmi, erməni xisləti barədə misallar çəkmək olar”.

N.Məhəməliyev bildirib ki, erməni həyasızlığı sərhədsizdir: “1988-ci ildən başlayaraq azərbaycanlıları öz doğma torpaqlarından qovdular. SSRİ dağılandan sonra isə, ermənilərdən başqa bütün digər millətləri də sıxışdırıb monoetnik dövlət cəmiyyət qurdular. Maraqlı tərəf odur ki, müstəqillik illərində yüz minlərlə erməni də oranı tərk edib başqa ölkələrə getmək məcburiyyətində qaldılar. Özlərini mədəni, qədim adlandıran bu xəstə millət dünyanın əksər ölkələrində, o cümlədən nifrət etdikləri türk-müsəlman ölkələrində yaşayırlar. Bunu xüsusi olaraq qeyd edirəm ki, ermənilər Qarabağda azərbaycanlılarla birlikdə yaşamağın mümkün olmadığı barədə çox saylı şayiələr uydururlar.

Bir məsələni də vurğulamaq istərdim. Son 100 ildə uydurma erməni təbliğatı nəticəsində hər bir yeni doğulan erməni uşağı türklərə, azərbaycanlılara nifrət ruhunda böyüdülür. Onların beyinləri zəhərlənir və sağalmaz erməni xəstəliyinə yoluxurlar. Getdikcə yalanın miqyası genişlənməklə, bir çox dünya xalqlarının yaratdıqları maddi və mənəvi sərvətlərə sahib çıxmaqdan utanmırlar. Bunun qarşısını yalnız bir yolla almaq olar. Bu da zaman məsələsidir”.

Ramid İbrahimov

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »