Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimentə görə keçmiş qayınatasını amansızlıqla öldürdü - Video

Bakıda alimentə görə qayınatasını öldürən şəxs 18 il azadlıqdan məhrum edilib.

2018-сi il aprelin 21-də daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşları Maştağa qəsəbəsində üzərində zorakılıq əlamətləri olan qəsəbə sakini Hətəm Şabanovun meyitini aşkar ediblər. Aparılan araşdırma nəticəsində cinayəti mərhumun keçmiş kürəkəni Samir Şabanovun törətdiyi məlum olub.

İstintaqla müəyyən edilib ki, S.Şabanov keçmiş qayınatası H.Şabanovu qisas almaq niyyəti ilə öldürüb. O, ailəsinin dağılmasında və aliment verməyə məcbur edilməsində H.Şabanovu günahkar bilib.

S.Şabanov cinayəti xüsusi amansızlıqla törədib. O, evindən götürdüyü dəyənəyi gödəkcəsinin altında, bıçağı isə cibində gizlədərək H.Şabanovun yaşadığı mənzilə yollanıb. Aralarında mübahisə yaranıb və nəticədə cinayət hadisəsi baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Şabanov 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. (oxu.az)

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
Son xəbərlər
Bütün xəbərlər »