Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı yazıçının əsəri beynəlxalq müsabiqədə qızıl medala layiq görüldü

Azərbaycanın tanınmış yazarı Rövşən Abdullaoğlunun ˝Relslər üzərinə uzanmış adam˝ romanı Amerikanın “Readers Favorite” beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb Çağdaş Azərbaycan ədəbiyyatı üçün gözəl olan bu xəbəri Bizimyol.info-ya yazıçı özü verib.

“Readers Favorite”in açıqlamasına görə, bu il ötən illərlə müqayisədə yarışmaya həddən çox yazıçı qatılıb. Bir çox nominasiyalarda ümumiyyətlə heç kimə medal verilməyib. Çünki yarışın qaydalarına görə medal qazanmaq üçün əsər mütləq yüksək meyarlara uyğun olmalıdır”,- deyə o bildirib.

“Readers Favorite” beynəlxalq kitab müsabiqəsi 95000 mükafat fondu olan nüfuzlu bir yarışmadır.

Yarışmanın nəticələr Amerikanın nəhəng nəşriyyatları, film istehsalçıları və mətbuat orqanları tərəfindən izlənilir və yayımlanır.

“Qaliblərin kimliyi premial press-reliz vasitəsilə bloqerlərdən, jurnalistlərdən, naşirlərdən, kitab sektorunda fəaliyyət göstərən müxtəlif peşə sahiblərindən ibarət 250 000 abunəçiyə çatdırır. Məlumat həmçinin yeniliklərə abunə olmuş 35 000 jurnalistə (buraya “Assosiated Press”, 3 milyon tirajla buraxılan “US Today” kimi aparıcı mətbuat orqanları da daxildir), Yahoo, Google kimi axtarış saytlarına, Facebook və Twitter sosial şəbəkələrinə də göndərilir. “Publishers Weekly” iki buraxılışında bu müsabiqənin nəticələrini işıqlandıraraq 100 000 kitab sektoru mütəxəssisini qaliblərlə tanış edir.

Yazıçı təltif almaq üçün 2021-ci ilin sentyabr ayında Mayamiyə səfər edəcək.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »