Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Universitet müəlliminin şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Leyla Əliyevanın barəsində hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, L.Əliyevanın şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, L.Əliyev Azərbaycan Dillər Universitetində, Odlar Yurdu Universitetində ingilis dili müəlliməsi işləyib. Onun sonuncu iş yerinin Odlar Yurdu Universiteti olduğunu bildirilib.

L. Əliyeva tanışlarının etibarından sui-istifadə edərək dələduzluq edib. İş üzrə 4 nəfər zərərçəkən şəxs var. Ümumilikdə zərərçəkənlərə 70 min manatdan çox ziyan dəyib.

L.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L. Əliyeva 5 il azadlıqdan məhrum edilib.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »