Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada tayfunlara görə 100-dən çox aviareys ləğv olunub

Yaponiyanın cənubunda tüğyan edən tayfunlar səbəbindən yerli aviaşirkətlər 119 daxili uçuşu ləğv edib.

APA xəbər verir ki, bu barədə Yaponiyanın “NHK” telekanalı məlumat yayıb.

Məlumata görə, qrafikdəki dəyişikliklər əsasən Yaponiyanın cənubundakı Kaqosima və Okinava prefekturalarının hava limanlarına təsir edib.

Eyni zamanda, qasırğa zamanı tikililərin dağılması nəticəsində azı 8 nəfər xəsarət alıb. Buna güclü külək səbəb olub. Telekanalın bildirdiyinə görə, tayfun ölkənin cənub-qərbindəki Küsü adasına yaxınlaşıb. Bununla əlaqədar olaraq adada yerləşən Naqasaki prefekturasının rəhbərliyi 20 minə yaxın yerli sakinin təxliyə edilməsi göstərişini verib.

Hazırda tayfun Çinə tərəf hərəkət edir. Onun mərkəzi hissəsində küləyin sürəti 45 m/s-dir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »