Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna əhali tərəfindən kriptovalyuta istifadəsinə görə dünya lideri olub

Ukrayna əhali tərəfindən kriptovalyuta istifadəsinə görə dünya liderinə çevrilib, lakin bazarın böyük hissəsi qanunsuzdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Ukrayna Rəqəmsal Transformasiya Nazirliyi "The Chainalysis" analitik blokçeyn şirkətinin məlumatına istinadən xəbər yayıb.

Nazirlikdən bildirilib ki, Ukraynanın virtual aktivlər bazarı kifayət qədər inkişaf edib və hətta qlobal miqyasda da əhəmiyyətli dərəcədə dövriyyəsi mövcuddur. Lakin bununla yanaşı, bu dövriyyənin böyük əksəriyyəti "kölgədə" cəmləşib. Bu isə öz növbəsində, həm dövlətə, həm biznesə, həm də istifadəçilərə potensial risklər yaradır.

Virtual aktiv bazarındakı yüksək göstəricilər ölkədəki çoxlu sayda proqramçıların olması ilə izah edilir.

Bundan əlavə, bəzi ukraynalılar rəqəmli texnologiyalara yaxşı bələddirlər, həmçinin Ukrayna dünyada nağdsız ödənişlər baxımından ilk beşliyə daxildir.

Bank köçürmələrində mövcud məhdudiyyətlər səbəbindən ukraynalıların bu əməliyyatların kriptovalyutada aparmaları daha asandır. Ölkədəki virtual aktivlər investisiya üçün daha əlverişli sayılır, nəinki daşınmaz əmlaka və ya Ukraynanın fond bazarlarına edilən yatırımlar.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »