Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən varlı 4 adamının ümumi sərvəti 550 milyard dolları keçdi

Qlobal böhran dövrü xüsusilə texnologiya sahəsində iş quran milyarderlərə düşərli olub.

Onların sərvəti dayanmadan artır. Təkcə ilk 10-luqda yer alanlardan 7-si texnologiya ilə məşğul olur. İlk 4 yerdə olanlar konkret bu sahə ilə milyardlar qazanır.

Bizimyol.info xəbər verir ki, dünyanın ən varlı 4 adamının ümumi sərvəti 550 milyard dolları keçib. Təkcə “Amazon”in rəhbəri Ceff Bezosun 202 milyard dolları var.

Ceff Bezos Ceff Bezos

Amerikalı iş adamı son bir ildə çox varlanıb. Geridə qalan müddət ərzində 87 milyard dollardan çox qazanıb. Halbuki Bezos ağır boşanma prosesi keçirmişdi və sərvətinin 36 milyard dollarına qədərini itirmişdi. Bunun sayəsində Ceffin keçmiş həyat yoldaşı Makkenzi Skott da milyarderə çevrilmişdi.

Son bir ildə İlon Mask da azı 87 milyard dollar qazanc əldə edib.

İlon Mask

İndi o, 115 milyard dollarla üçüncüdür.

İkinci pillədə qərarlaşan Bill Qeytsin var-dövləti bir az çoxdur (125 milyard dollar).

Bill Qeyts Bill Qeyts

“Facebook”un rəhbəri Mark Zukkerberqin də işləri yaxşı gedir.

Mark Zukerberq

Gənc iş adamı son bir il ərzində sərvətinə 32.4 milyard dollar əlavə edib. Zukkerberqin 111 milyard dolları var.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »