Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkə rus neftindən imtina edir

Rusiyanın neft bazarında müştərili azalır. Belarusun ardınca daha bir ölkə rus neftindən imtina etmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, İsrail daha Rusiyadan yanacaq almayacaq. Yəhudi dövləti Asiyaya üz tutur. Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin yaxşılaşması yeni imkanlar açır. İsrail ərəb ölkəsi ilə anlaşmaq üzrədir. Yaxın Şərq dövlətinin sutkada 236.25 min barel neftə ehtiyac var. İsrail bunun yalnız 5.98 min barelinin özü istehsal edə bilir. Qalanını – təxminən 92 faizi Rusiyadan və Azərbaycandan alır.

Təl Əviv, İsrail Təl Əviv, İsrail | Foto: Pixabay.com

OPEK-in istehsalçılar siyahısında dördüncü yeri tutan Birləşmiş Ərəb Əmirlikləri İsrailin neft bazarına ayaq açmağı çoxdan arzulayırdı. Bu ölkə ilə anlaşmaq ərəblərə həm də xərclərin azlığına görə sərf edir. Çünki dövlətlər arasındakı məsafə böyük deyil. İsrailin isə neftin nəql olunacağı marşrut ürəyincədir. Borunun İraqın kürd muxtar rayonundan keçməsini yəhudilər təhlükəli sayırdı. Çünki o ərazilərə Türkiyə nəzarət edir. İsrailin rəsmi Ankara ilə yola getməməsi sirr deyil.

Belarus Rusiya neftindən imtinadan sonra Azərbaycanla anlaşmışdı. Aleksandr Lukaşenko hakimiyyəti ABŞ bazarına da üz tutub.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
Son xəbərlər
Bütün xəbərlər »