Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“COVİD ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır”-Deputat

Xəbər verdiyimiz kimi bu gün Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib.

Tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşən dövlətimizin başçısı çıxış etdi.

“Mən bunu bəri başdan - pandemiyanın ilk günlərindən demişdim ki, insanların sağlamlığı bizim üçün prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik”,-deyə dövlət başçısı bildirib.

Bizimyol.info-ya açıqlama verən Milli Məclisin deputatı Tamam Cəfərova bildirib ki, nitqində pandemiya ilə mübarizə sahəsində bir sıra məsələrə toxunan Cənab Prezident ilk növbədə səhiyyə sistemimizin maddi-texniki bazasının gücləndirilməsi haqqında ətraflı məlumat verdi:

Tamam Cəfərova Tamam Cəfərova

“Bildirdi ki, hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir və bulardan 41-i son 17 il ərzində inşa edilmişdir. Yeni Klinikada 600-ə yaxın çarpayı var və hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilib. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir və daha 7 modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub. Ehtiyat variantı kimi ölkəmizin iki Olimpiya Kompleksini də xəstəxanalara çevirilib və orada da 300-dən 500-ə qədər xəstə müalicə ala bilər. Laboratoriyaların sayı 45-ə çatdırılıb və ölkəmizdə 900 mindən çox test keçirilibdir. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. “Bütün bunlar bir daha onu göstərir ki, COVİD ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq”, Cənab Prezident öz çıxışında belə deyib”.

Tamam Cəfərova bildirdi ki, ölkə başçısı çıxışında, həmçinin, pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilməsindən danışıb: “Bildirilib ki, səhiyyə sistemində çalışan insanlar prinsip etibarilə daim dövlət tərəfindən qayğı ilə əhatə olunublar, pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub. Təkcə onu demək kifayətdir ki, COVİD xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı 3-5 misli artırılıb. Ancaq burada əsas problem həkimlərin sayındadır. “Çünki heç bir ölkə bu pandemiyaya hazır deyildi. Ona görə, əlavə həkimlərin Azərbaycana dəvət edilməsi gündəlikdə duran məsələlərdən biri idi. Hesab edirəm ki, biz operativ və səmərəli addımlar nəticəsində bu sahədə də məsələni həll etdik. Azərbaycana beş ölkədən – Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlmişdir və bu həkimlər bizə kömək göstərirlər”, deyə Cənab Prezident qeyd edib.

Pandemiya şəraitində səhiyyə sistemimizin maddi-texniki bazasının gücləndirilməsi haqqında fikirlərini Cənab Prezindent bu sözlərlə ümumiləşdirib: “Bir sözlə, görülən bütün bu işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVİD ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaqdır.”

Çıxışda həmçinin, pandemiyanın həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsirinin, fəsadlarının azaldılması sahəsində atılan praktiki addımlar haqqında da məlumat verilib. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. “Bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir. Mən bunu bəri başdan - pandemiyanın ilk günlərindən demişdim ki, insanların sağlamlığı bizim üçün prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik”, bu fikirlər Prezident Cənab İlham Əliyevə məxsusdur”.

Deputat Tamam Cəfərova bildirdi ki, ölkə başçısı Azərbaycanın peyvəndi əldə edən birinci ölkələr sırasında olacağını, bu məsələ ilə əlaqədar çox fəal iş aparıldığını bildirdi və vətəndaşlara çağırış etdi: “Hesab edirəm ki, biz o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq. İlk günlərdən biz bunu etmişik. Bu altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılmışdır və təqribən iyul ayının ortalarından başlayaraq müsbət dinamika artıq özünü büruzə verdi.”

Sonda Millət vəkili vurğuladı ki, Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyətləri aradan qaldırılıb. Ancaq böyük şəhərlərdə bu qalıbdır və bizim hamımızdan asılıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, real nəticələrdə öz əksini tapar və qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir. Çünki dövlət üzərinə nə düşübsə, biz də vətəndaş olaraq, öz üzərimizə düşəni etməliyik. Öz məsuliyyətimizlə dövlətimizin, Prezidentimizin yanında olmalı, tələb olunan qaydalara riaəyət etməliyik. Biz Birlikdə Güclüyük!”

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »