Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Dövlətin taksi fəaliyyətinə müdaxiləsi işsizliyi artıracaq, bahalıq yaradacaq" - Açıqlama
Taksi

Bakıda taksi fəaliyyəti ilə bağlı vahid çağrı mərkəzi yaradıla bilər.

Bizimyol.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) taksi xidməti ilə bağlı bir neçə təklifləri özündə birləşdirən konsepsiya hazırlayıb. Agentlik konsepsiyanın hazırlanmasının zəruriliyini aşağı tariflər səbəbindən taksi sürücülərinin gəlirlərinin və xidmətin keyfiyyətinin aşağı olması ilə izah edib:

Bakı Nəqliyyat Agentliyi Bakı Nəqliyyat Agentliyi

“Aşağı gəlirlilik, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması kimi problemlər də var. Bunları aradan qaldırmaq üçün taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması lazımdır. Konsepsiya bu məqsədlə hazırlanıb. Burada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər əksini tapıb”.

Əhalinin böyük bir hissəsi taksi xidmətilə bağlı yeni qaydaların qüvvəyə minməsindən narahatdır.

Samir Əliyev Samir Əliyev

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin İdarə Heyətinin üzvü Samir Əliyev isə bildirir ki, dövlət taksi xidməti göstərməməlidir. İqtisadçı ekspert deyir ki, hazırda taksi xidməti sektoru Azərbaycanda yüksək rəqabətin olduğu azsaylı sahələrdən biridir: “Bu sektorda son 4-5 ildə yaranmış rəqabətin nəticəsi olaraq, taksi xidmətinin qiymətləri əhəmiyyətli dərəcədə ucuzlaşıb. Dövlət isə bu rəqabəti qorumaq əvəzinə, əvvəlcə öz şirkətini yaradaraq bazara daxil oldu. Sonra öz şirkətinə maliyyə dəstəyi verərək, bahalı və müasir avtomobilər gətizdirdi, indi də müxtəlif tənzimləyici qaydalarla mövqeyini bazarda möhkəmləndirmək istəyir. Konsepsiyada nəzərdə tutulanlar həyata keçirilərsə, bazarda taksi şirkətlərinin sayı kəskin azalacaq. Bazarda ancaq dövlət şirkəti və ən yaxşı halda, bir neçə iri şirkət qalacaq. Rəqabətiz xidmət sonda bahalaşacaq, xidmətin keyfiyyətində isə ciddi artım olmayacaq”.

Bakı Nəqliyyat Agentliyi bu konsepsiyanı irəli sürəndə xarici ölkələrin təcrübəsinə istinad edib. Bir sıra ölkələrdə taksi xidmətinə münasibətdə müxtəlif tənzimləmələr var. Bu tənzimləmələr əsasən 3 istiqamətdə olur: tarifin tənzimlənməsi, lisenziyaların tənzimlənməsi və keyfiyyətin tənzimlənməsi.

S.Əliyev deyir ki, son illər əksər ölkələrdə taksi xidmətinə münasibətdə şərtlərin yumşaldılması tendensiyası müşahidə edilir: “Yeni tendensiya özünü qiymətin sərbəstləşdirilməsində və lisenziyaların sayına qoyulan limitlərin aradan qaldırılmasında göstərir. Bunun nəticəsində gözləmə vaxtı əhəmiyyətli dərəcədə azalır, qiymətlər isə ucuzlaşır. Bu gün dünyada ride-sourcing və ride-sharing kimi taksi xidmətləri bazarda getdikcə payını artırır. Biz isə hələ də sovetsayağı idarəetmə vərdişlərindən əl çəkmirik”.

Bakı Nəqliyyat Agentliyinin əsaslandırmasına gəlincə, ekspert qeyd edib ki, “indiki tariflər çox aşağı olduğundan sürücülərin gəlirləri aşağı olur” iddiası doğru deyil: “Təsəvvür edin, hər gün xeyli sayda taksi Bakıdan Xırdalana (və ya əksinə), Sumqayıta (və ya əksinə) sərnişinin birini 1 manata aparır. Kifayət qədər böyük məsafəni taksi 4 manata qət edir. Eyni vəziyyət “20 Yanvar” – “Koroğlu” metrostansiyası, 20 yanvar – Müşfiqabad istiqamətində də var. “Koroğlu” stansiyasından Bakı kəndlərinə olan marşrutları da qeyd etmək olar. Əgər qiymət belə ucuzdursa, niyə minlərlə sürücü 1 manata sərnişin daşımağa maraq göstərir? Yəqin Bakı Nəqliyyat Agentliyi xəbərdardır ki, avtobusların yükünü məhz bu “bir manatlıq” taksilər azaldır. Və ya UBER, Bolt, Maksim və s. kimi xidmətlərdə işləyənləri götürək. Şəxsən mən özüm də məhz bu xidmətlərin hesabına son vaxtlar taksi xidmətindən daha çox istifadə etməyə başlamışam. Hər dəfə də sürücülərdən onların qazancları barədə münasibət öyrənirəm. Əksəriyyətinin cavabı belə olub ki, “sərf edir”. Bunların hamısı da öz şəxsi maşınlarından istifadə edirlər. Əsas narazılıq isə vergitutmanın ədalətsiz olması ilə bağlı olub. Sürücüləri taksi şirkətləri ilə əməkdaşlığa heç kim məcbur etmir, bu onların öz seçimidir. Metroların, dayanacaqların yanında bütün günü mürgüləyən, gün ərzində 1-2 sifariş qəbul etməklə kifayətlənən, sərnişindən ən azı, 5 manat tələb edən sərbəst taksi sürücülərindən fərqli olaraq şirkətlərlə işləyənlər daha çox qazana bilir. Əlbəttə, pul heç zaman çox olmur və sürücülər daha çox xidmət haqqı almağa etiraz etməzlər. Ancaq mövcud tariflər sürücüləri hələ ki, qane edir”.

Vahid çağrı mərkəzinə gəlincə, bunun Azərbaycanda nə dərəcədə effektiv işləyəcəyi məlum deyil. Söhbət eyni anda yüzlərlə, minlərlə sərnişinin zəngindən gedir. Bütün zənglər cavablandırılacaqmı, yoxsa dövlət qurumlarında, banklarda, mobil operatorlarda olduğu kimi, müştəri hər dəfə qulağında telefon 5-10 dəqiqə musiqiyə qulaq asmaq məcburiyyətində qalacaq?

Bakı Nəqliyyat Agentliyinin digər iradı xidmətin keyfiyyətinin aşağı olması ilə bağlıdır. S.Əliyev hesab edir ki, bu məsələsə agentik haqlıdır. Amma bu məsələdə də dövlətin işi xarici ölkələrdə olduğu kimi, taksi xidmətinə dair standartların qəbulu və onlara riayət edilməsinin təmin etməkdən ibarət olmalıdır: “Dövlət tənzimləməlidir, taksi xidməti göstərməli deyil. Digər tərəfdən, xidmətin keyfiyyəti heç də təkcə avtomobilin təzə, rahat və səliqəli olması deyil. Xidmətin keyfiyyəti həm də gözləmə vaxtının az olması, qiymətlərin münasib olması və dispetçerlə qısa müddətdə əlaqə saxlamaq mümkünlüyüdür. Vahid tarifin tətbiqi mexanizmindən imtina edilməlidir. Çünki bu addım taksi xidməti sektorunda kiçik sahibkarlıq subyektlərini sıradan çıxaracaq, işsizliyi artıracaq və ən əsası, qeyri-rəsmi taksi xidmətləri göstərən sürücülərin sayı daha da artacaq. Vergi ödəyicilərinin puluna baha qiymətə alınan və səmərəli olmayan taksi maşınlarında xidmət də bahadır. Onların tarifləri indiki tariflərlə rəqabət apara bilməz. Qiymətləri yeni taksilər üçün əlverişli həddə qaldırmaq üçün ortaya vahid tarif söhbəti atılıb. Bu siyasətin sonu bahalı və inhisarçı taksi xidməti ilə yekunlaşacaq”.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Pakistan niyə Ermənistanla birlikdə hərbi təlimlərə qoşulur...
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »