Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkə əhalisi pandemiyaya görə rekord həddə azalıb

Rusiya əhalisinin sayı son 14 ildə heç vaxt bu qədər azalmamışdı. Qonşu ölkədə rekord sayda azalma müşahidə olunur.

Bizimyol.info xəbər verir ki, ilin sonuna qədər rəqəm 158 min nəfərə çatacaq. Mütəxəssislər hər şeydən əvvəl pandemiyanın təsirini qabardır. Axırıncı dəfə 2006-cı ildə azalma sayı yüksək olmuşdu (373.9 min nəfər). Rusiyada daha iki il belə olacağı gözlənilir.

Ali İqtisadiyyat Məktəbinin demoqrafiya institutunun direktoru Anatoli Vişnevski deyir ki, doğuş artımına çox ehtiyac var. Hər qadına düşən uşaq sayı orta hesabla 2.1 olmasa, azalma davam edəcək. Azalmanın qarşısını almaq isə mümkün deyil. Hər qadına düşən uşaq sayı 2017-ci ildə 1.62, 2018-ci ildə 1.58, keçən il isə 1.5 olub.

Hökumət nikbin danışmağa çalışır. Rəqəmin 2024-cü ildə 1.75-ə çatacağı bildirilir. Amma Vişnevski bu nikbinliklə razılaşmır. Onun fikrincə, hədəfə çatmaq çətindir.

Vişnevski bir məqamı da xüsusi qabardır. İnstitut direktoru miqrant amilini nəzərdən qaçırmamağı tövsiyə edir. Xeyli əcnəbi pandemiyaya görə Rusiyadan gedib. Onlar əhali artımında ciddi rol oynayırdılar.

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
Son xəbərlər
Bütün xəbərlər »