Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanda faşizm dövlət siyasəti səviyyəsində dəstəklənir” - Deputat

“Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycana münasibətdə heç bir dəyişiklik müşahidə olunmur. Ermənistanın baş naziri Nikol Paşinyan sələflərinin ənənəsinə sadiq olaraq düşmənçilik siyasətini həyata keçirir”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, faşizm ideoligiyası Ermənistanda dövlət siaysətinə çevrilib: “Son açıqlamalar da bunu bir daha təsdiq edir. Faşistlərə abidələrin qoyulması və onların qəhrəmanlaşdırılması göstərir ki, bu ölkədə faşizm dövlət siyasəti səviyyəsində dəstəklənir.

Reallıq onu göstərir ki, Paşinyanın və onun ətrafında olan əksər siyasi liderlərin babası faşizm ideoligiyasının sadiq davamçıları olublar və müharibə dövründə almanlar tərəfdən döyüşüblər. Bu faktları biz hər zaman görmüşük və görürük. Azərbaycanla sərhəddə mülki əhaliyə atəşin açılması, Xocalı soyqırımlarının törədilməsi, bir çox rayonlarımızda azərbaycanlıların amansız şəkildə qətlə yetirilməsi, günahsız insanların başının kəsilməsi, bədənlərinin eybəcər hala salınması bunu bir daha təsdiq edir”.

C.Məmmədov bildirib ki, N.Paşinyan sələflərinin xəttini davam etdirərək cəbhə bölgələrində azərbaycanlı mülki əhalinin, yaşayış məntəqələrinin davamlı olaraq atəşə tutulmasında xüsusi fəallıq göstərir: “2020-ci ilin İyul döyüşləri bir daha bunu sübut edir. Biz son Tovuz hadisələrinə nəzər saldıqda görürük ki, əvvəlki siyasi xətt davam etdirilir. Ermənsitan mülki əhaliyə atəş açdı, onların evini dağıtdı. Təəssüf ki beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı Ermənistana ciddi təzyiq etmirlər. Bu da Ermənistana öz əməllərinə davam etməsinə imkan verir. Biz görürük ki günahsız azərbaycanlıların qətlə yetirilməsi davamlı xarakter alır”.

Deputat bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları tezliklə işğaldan azad ediləcək: “Bizim şübhəmiz yoxdur ki işğal olunmuş torpaqları tezliklə işğaldan azad edəcəyik. Azərbaycanlılar öz torpaqlarına, yurdlarına qayıdacaqlar. Azərbaycanın kifayət qədər imkanları var. Birliyin, bərabərliyin, həmrəyliyin olması xüsusi əhəmiyyət kəsb edir”.

Ramid İbrahimov

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »