Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Binə"də alver gedir, "Sədərək"ə buraxmırlar

“Bir müddətdir ki, Binə Ticarət Mərkəzi açıq şəkildə fəaliyyət göstərir, mağazalarda alver gedir, ancaq Sədərək Ticarət Mərkəzinə sahibkarların daxil olmasına belə imkan vermirlər”.

Bu məlumat Sədərək Ticarət Mərkəzində alver edən bir qrup sahibkar tərəfindən azpolitika.info-ya gödərilən müraciətdə əks olunub.

Mağaza sahibləri dediklərinin təsdiqi üçün müraciətlərinə Binə və Sədərəkdən çəkilmiş video və fotoları da əlavə ediblər.

Sahibkarlar bu cür ikili münasibətin səbəbini anlamadıqlarını qeyd edirlər. Eyni zamanda işləmədikləri halda Sədərək Ticarət Mərkəzinin rəhbərliyini (sahibi Yusif Qədimovdur) onlardan aylıq haqq tələb etməkdə ittiham edirlər: “İçəri girməyə imkan verilməsə də, mağaza sahiblərindən aylıq ödənişlər tələb olunur. Ayın 1-dən bir daha xəbərdarlıq olunub ki, hamı aylıq ödənişləri versin. Bəzi mağaza sahibləri hansısa iş üçün təkcə özləri mağazaya daxil olmaq istədikdə, aylıq ödənişi vermədiklərinə görə buraxılmırlar. Yalnız rəhbərliyin tapşırığı ilə bəzilərini içəri buraxırlar.

Bunlara etiraz olaraq bir neçə gün qabaq votsapda qeyd olunanlara sahibkarların etirazını əks etdirən səs yazısı yayılıb. Buna görə də Ticarət Mərkəzinə mühafizə xidmətindən əlavə polis də cəlb edilərək, nəzarət gücləndirilib. İndi də dezinfeksiya işləri aparıldığı bəhanə edilir, mağaza sahiblərini də içəri buraxmırlar. Lakin içəridə heç bir dezinfeksiya işləri aparılmır. Əgər dizinfeksiya işləri aparılırsa, bu, niyə yalnız Sədərəkdə həyata keçirilir, Binəyə şamil olunmur?”

Qeyd edək ki, Sədərək Ticarət Mərkəzinin sahibi əslən Naxçıvandan olan, “Cənnət bağı” Şirkətlər Qrupunun təsisçisi Yusif Qədimovdur. Bəzi məlumatlara görə, bir müddət əvvəl Ticarət Mərkəzi Yusif Qədimovdan alınıb. Hazırda təhvil-təslim prosesi gedir.

Bunun səbəbi isə Yusif Qədimovun Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olan Ramiz Mehdiyevə bağlı biri olması, onun himayəsində böyük biznes şəbəkəsi qurması ilə izah edilir.

Yeri gəlmişkən, Mehdiyev Yusif Qədimovun oğlu Mehman Qədimovu Prezident Administrasiyasında işə də götürmüşdü.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə hazırda ölkədə iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsi qadağan edilib. Operativ Qərargahın son iclasında da iri ticarət mərkəzlərinin açılmasının hələlik gündəmdə olmadığı bildirilib.(Nocomment)

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
Son xəbərlər
Bütün xəbərlər »