Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
QHT sədrindən nazirə: İşçilərinizin səriştəsizliyi əlilləri pulsuz qoyub

Bir neçə gündür Bizimyol.info redaksiyasına çoxlu sayda insanlar müraciət edərək əlillik pensiyalarının kəsilməsindən şikayət edirlər. Elə sosial şəbəkələrdə də bu barədə çoxlu sayda məlumatlar dərc olunur.

Bu gün Ermənistanda əsir saxlanılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova ilə də bağlı analoji xəbər yayılmışdı və xəbər ictimailəşən kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dərhal açıqlama verərək problemin aradan qaldırıldığını bəyan etdi. O xanımın işi düzəldi (belə demək mümkünsə), qaldı onun kimi əziyyət içərisində olan yüzlərlə insan.Bu gün QHT rəhbəri Emil Maqalov nazir Sahil Babayevə müraciət edərək, yüzlərlə insanın haqqını müdafiə edib.

Emil Maqalov Emil Maqalov

“Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə.

Hazırda yüzlərlə insanın işçilərinizin səriştəsizliyi nəticəsində durduğu yerdə əlillik pensiyalarının kəsildiyini və bu haqda həqiqi əlillərin sizə və nazirliyin digər qurumlarına dəfələrlə müraciət etdiklərini bilirsinizmi? Nazirliyin aidiyyatı qurumları 3 aydır ki, "Sənədlərin düz deyildi. Pulunuzu alacaqsız" deyir. Düz deyildisə, onda belə çıxır illərlə bu əlillərə verilən pulları səhvən veriblər? Səhvən veriblərsə, demək həmən əməkdaşlarınız cinayətkardır?

Və ya deyirlər "Sistemdə dəyişiklik olub". Əlilin nəyinə lazdır sistem ya nə bilim hər hansı proqramlaşdırma? Əlil əlildir, bu onun işi deyil. Əlilə yaşamağa və dərmana təcili pul lazımdır, o da sizin işçilərinin səriştəsizliyi nəticəsində 3 aydır ki, yoxdur.Bunu yazmağımı məndən həqiqi əlillər xahiş edib və sənədli sübutlu sizlərlə öz ərazilərində görüşməyə hazırdırlar.

Belədə ki, bu və ictimai nəzarət Cənab Prezidentimizin vurğuladığı kimi, hər kəsin borcudur.

İşçiləriniz bu kimi həssas qruplardan olan insanlarımıza kömək edə bilmirlərsə heç olmasa öz haqlarına və yaşamaqlarına mane olmayın”,- deyə Emil Maqalov qeyd edib.

ƏƏSMN rəsmisi Fazil Talıbov isə bildirib ki, ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkar olunduqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır.

Fazil Talıbovun yadına salmaq istəyərdik ki, onların texniki nasazlıq, hər hansı bir uyğunsuzluq dediyi “kiçik xətalar”-dan minlərlə insan narahatlıq çəkir, günləri sayaraq ay sonunu gözləyən, bir tikə çörək, iynə-dərman almaq üçün gözünü o pensiyaya dikən insanlar üçün o kiçik xəta dağ boyda problemlər yaradır.Əyani müayinə barədə isə soruşmaq maraqlı olardı. Zamanında o qədər haqsızlıq edilib, deməklə bitməz. Bir qolu, bir gözü, bir ayağı olmayan adamı ildə-ildə niyə müayinə edirlər görəsən? Ağacdımı yenidən pöhrələyə?.

İlhamə

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »