Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsraildə Azərbaycan nefti üçün ciddi rəqib meydana çıxır

İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin normallaşması bu ölkənin neft idxalından asılı olan İsrail bazarına yolunu açır.

Virtualaz.org xəbər verir ki, “Anadolu” agentliyi OPEC-in neft ehtiyatlarına görə dördüncü ən iri ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərinin İsraillə münasibətlərini normallaşdırmasının energetika sahəsində yeni imkanlar açdığını yazır.

Agentliyin əldə etdiyi məlumatlara görə, Birləşmiş Ərəb Əmirliklərinin nefti İsrailin cənubundan başlayan Eylat-Aşkelon kəmərinin sahibi olan şirkət tərəfindən təchiz ediləcək. Daha sonra İsrailin ümumi gücü sutkada 300 min barrel olan iki neftayırma zavodunda emal olunacaq.

İsrailin neftə tələbatı sutkada 236 min barreldən çoxdur. Ölkə istehlak etdiyi neftin 92 faizini idxal edir, bunun əsas hissəsini Rusiya və Azərbaycandan alır.

İsrailin indiyədək ərəb ölkələrindən neft almaq imkanları olmadığına görə indi Təl-Əvivlə Əbu-Dabi arasında yaxınlaşma sutkada 3 milyon barrel neft hasil edən Birləşmiş Ərəb Əmirliklərinin əlverişli bazara çıxış imkanlarının yaranmasına səbəb olacaq. Bu əməkdaşlığın əvəzində Əmirliklər öz neft yataqlarını İranın raket hücumlarından qorumaq üçün İsraildən raketdən müdafiə sistemləri almaq istəyir.

Vaşinqtondakı “Gulf State Analytics” konsaltinq şirkətinin direktoru Corcio Kaferiyo deyir ki, Əmirliklər İsrailə rəsmən neft ixrac edən ilk Fars körfəzi ölkəsi ola bilər. Onun sözlərinə görə, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq barədə imzalanacaq müqavilə İsrailin energetika təhlükəsizliyinə uyğundur. “İsrail bir çox ölkələrdən neft alır, amma Birləşmiş Ərəb Əmirlikləri yaxında olduğundan İsrailin xərcləri azala bilər”,-o deyib.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »