Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dərsliklərin sentyabrın 15-dək paylanılması tam yekunlaşacaq

2020-2021-ci tədris ili üzrə geri yığılan, eləcə də yeni çap edilən dərsliklərin məktəblərə və şagirdlərə çatdırılmasına artıq başlanılıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, prosesin əsasən 4 sentyabradək həyata keçirilməsi, 15 sentyabradək isə tam yekunlaşması nəzərdə tutulur.

Yerlərdə şagirdlərin dərslik təminatı prosesinin bütün təhlükəsizlik və sanitar-epidemioloji normalara, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edilməklə həyata keçirilməsinə, prosesdə iştirak edən hər iki tərəfin yüksək məsuliyyət nümayiş etdirməsinə dair müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 233 214 nüsxə kağız dərslik və metodik vəsait çap edilib.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »