Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaçışın insan beyninə 5 müsbət təsiri

Qaçarkan insan orqanizmində güclü adrenalin ifrazı başlayır ki, bu amilə görə də qaçışdan sonra insan özünü daha gümrah hiss edir.Mütəxəssislərin fikrinə görə, qaçış beynin işinə müsbət təsir göstərir. Məsələn qaçışdan sonra insan daha yaxşı düşünməyə başlayır.

Neyrobioloqlar bunun açıqlamasını veriblər.Belə ki, əsəb hüceyrələri bilinənin əksinə olaraq bərpa oluna bilir və qaçışdan sonra bu proses daha da yaxşılaşır.”Qaçmağa başladıqdan 30-40 dəqiqə sonra yeni neyronlar yaranmağa başlayır. Eyni zamanda qaçış beynin alın payı hissəsində aktivliyi artırır. Alın payı isə planlama, konsentrasiya, məqsəd qoyma və onları həyata keçirmə işlərinə baxır”,- deyə Amerika Kliniki Neyropsixologiya Akademiyasının prezidenti Karen Postal bildirib.

Onun sözlərinə görə, qaçış zamanı beynin hippokamp deyilən hissəsi də aktivləşir ki, bu da yaddaşın güclənməsinə təsir edir.Qaçış zamanı orqanizm endorfin və serotonin ifrazını da artırır. Eyni zamanda qaçışın psixoloji tərəfləri də var. Bədən fiqurunun mükəməlləşdirilməsi fikirləri insanın əhvalını yüksəldir.Fiziki yoqğunluq beynin gərginliyini azaldır, insanın düşüncələri rahatlayır. ( məhz buna görə, fikri dağıtmaq üçün fiziki iş görmək tövsiyə olunur). Bədəni yorulan insan dəhşətli problemlər barədə düşünmək belə istəmir.

Qaçış beynə dincəlmək imkanı verir.Belə ki qaçış zamanı şüur “ azır”, diqqət yayınır. Amma elə diqqət gərəkdirən işlər üçün öncə fikri bir qədər yayındırmaq da yaxşı təsir göstərir. Yaponiyalı müdriklərin təbrincə desək, həm qaçıb, həm düşünmək mümkün deyil.Ağıllı fikirlər qaçışdan dərhal sonra yaranır. Qaçıq məntiqi inkişaf etdirir. Araşdırmalar göstərib ki, marafonçular məntiqi məsələləri daha rahat həll edə bilirlər.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »