Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mövlud Çavuşoğlu: “Yunanıstan beynəlxalq hüququ saymasa, zərər çəkər”

“1947-ci ildə qəbul edilən Paris Sülh Sazişinə görə Meis adası silahlandırıla bilməz. Yunanıstan Avropa İttifaqının da dəstəyi ilə, sadəcə, Meis adasında deyil, Şərqi Aralıq və Egey dənizlərində də beynəlxalq hüquqa zidd addımlar atır”.

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ankarada rəsmi səfərdə olan Əlcəzairin Xarici İşlər Naziri Sabri Bukadumla görüşündən sonra keçirilən mətbuat konfransında belə deyib.

Nazir Yunanıstana bir daha çağırış edərək bildirib ki, bu ölkə Türkiyə əleyhinə atdığı addımlara son qoymalıdır: “Biz beynəlxalq hüquqa əsaslanan haqlarımızı sonadək qoruyacağıq. Yunanıstana çağırışımızı bir daha yeniləmək istəyirik, başqalarının fitvası ilə Türkiyə əleyhinə davranışlara son verin, qonşuluq prinsiplərini pozmayın”.

M. Cavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Baş Naziri Kiriakos Miçotakisə iki dəfə birbaşa dialoq təklifi etdiyini xatırladaraq bildirib ki, Yunanıstan tərəf bu təklifi nəzərə almır: “Rəsmi Yunanıstan problemin həllinə deyil, bu hərəkətləri ilə Türkiyəni qıcıqlandırmağa çalışır ki, bu da son dərəcə təhlükəlidir. Bundan ən çox zərərçəkən yenə də Yunanıstan olacaq”.(apa)

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
Son xəbərlər
Bütün xəbərlər »