Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda bir qadın və bir kişi özlərini asıb

Son sutka ərzində Bakıda iki intihar hadisəsi qeydə alınıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

31 avqustda Bakının Nizami rayonunda, Ordubadi küçəsində yerləşən 7 nömrəli yaşayış binasının zirzəmisində, bu binada yerləşən mənzillərindən birində yaşayan (1964-cü il təvəllüdlü) İradə Qasımovanın cəsədi tapılıb.

Hüquq-mühafizə orqanları intiharın səbəbini Qasımovlar ailəsinin maddi vəziyyətinin kasıb olması ilə əlaqələndirirlər.

Qadının əri çəkməçi işləyir. Məlum olub ki, qadın bir neçə il əvvəl də intihara cəhd edib.

Elə həmin gün, saat 21: 10-da Xəzər rayonunun Şağan qəsəbəsində, Akif Əhmədov (1968-ci il təvəllüdlü) özünü evinin tavanından asıb.

Əldə olunan məlumata görə, psixi xəstəlikdən əziyyət çəkən A.Əhmədov psixonevroloji xəstəxanada qeydiyyatda olub.

Hazırda rayon prokurorluqları intiharların səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparır.(oxu.az)

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »