Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifətçi: Ramiz Mehdiyevin kürəkəninin başı niyə qırxılmır, tükü qızıldandır?

Prezidentin sərəncamı ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi dəyişdi.

Bu günə qədər komissiyaya Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev rəhbərlik edirdi. Prezidentin təyin etdiyi komissiyanın yeni üzvləri arasında onun olmaması Mehdiyevin artıq strukturun sədri olmayacağı deməkdir.Bunu bir çoxları Mehdiyevin dövlət təhdidlərinə qarşı “cavab atəşi” kimi qiymətləndirib. Ağ Partiyanın sədri Tural Abbaslı isə Ramiz Mehdiyevin komissiya sədri kimi vəzifədən ayrılmasını yetərli hesab etməyib.

Tural Abbaslı Tural Abbaslı

“Ramiz Mehdiyev guya Əfv komissiyasına, Korrupsiya komissiyasına gedirdimi ki? Onun orduda, bir çox idarələrdə əli qolu kəsilməlidir.Şəcərəsini araşdırsan görəcəksən bütün qohumları dövlətdə yüksək vəzifələrdədir. Korrupsiya komissiyasının başında olsa nə olacaq, olmasa nə olacaq? Ən böyük korrupsiyaner özüdür.

Admnistrasiyadan çıxarılan adam niyə AMEA-dan prezidentlikdən çıxarılmasın?

AMEA-nın kifayət qədər böyük maliyyəsi var və ali məktəblərə təsir imkanlarına malikdir. Necə ki, biz müxalifətçilərin qohumlarını sıxışdırırlar, onun da qohumlarını sıxışdırsınlar. Bu bərabərlik tətbiq olunsa, biz deyərik bu ədalətli oldu. Bizi qolu qandallı inzibati xətaya görə məhkəməyə apanda dinməyənlər, indi niyə hay-küy salıblar? Mehdiyevin kürəkəni İlham Əliyevə nəzarətdə 3 dəfə ev yeməyi verilir. Mən kameradakı çarpayıya oturduğuma görə qızdırıcıya bağladılar, dedilər bütün gün taxta kətildə oturmalısan. Sabiq deputat İlham Əliyevə bunu edirlər? Onun başını qırxıblar? Onun tükü qızıldandı? Bu gün dövlət məmurlarının uşaqları əsgər gedir bəli, amma komandir ona çay daşıyır. Elə əsgərliyi nənəm də keçər. Sabah da əsgərliyini bitirib gəlib oturub olacaq dövlətin önəmli kadrı. Budurmu bizim ədalət prinsipimiz? Kasıba yoxsula necə davranırsınızsa, məmura da elə davranın, bu olsun demokratiya”.

İlhamə

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »