Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə ilə hədələnən Tural Abbaslıdan Ramiz Mehdiyevə: Ədalətli məhkəmə tapsan, ver

Bir neçə gündür AMEA prezidenti Ramiz Mehdiyev öz açıqlamaları ilə gündəmi zəbt edib. Son dəfə özünə qarşı çıxanları məhkəmə ilə hədələyən Ramiz Mehdiyev əslində sətiraltı olaraq dövlət rəhbərliyinə barmaq silkələyir.

Bu gün akademikin məhkəməyə verəcəyi insanlar siyahısına düşmüş Ağ Partiya rəhbəri Tural Abbaslı ona cavab verib.

“Bizi məhkəməylə təhdid edən Ramiz Mehdiyev dövlətin başında olanda hara baxırdı k,i indi deyir Qarabağla bağlı strategiyamız yoxdu. Bizi məhkəməylə niyə qorxudursan, indi sənin kürəkənin yatan yerdə biz dəfələrlə olmuşuq. Həm də sən göndərmisən, müxalifətin belini qırmısan. Gəlsin bir ədalətli hakim tapsın görək bizi məhkəməyə verə bilirmi? Ramiz Mehdiyevlə bağlı dövlət lazımi tədbir görmür. İşdən azad etməklə iş bitmir, azadlıqdan məhrum edilməlidir. Bu günlərdə bir meyxanaçı rəhmətə getdi, onu dəfn etməyə gəlmiş dostlarını cani kimi divar dibinə qısıb şəkillərini paylaşdılar. Soruşuram, toyda kef etmiş Siyavuş Novruzovla onun ombudsman xanımının, Zakir Qaralovun, generalların divara dirənmiş şəkilləri niyə olmadı ? Verdikləri qərarlar yanlış və ağlasığmazdır”.

İlhamə

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
Son xəbərlər
Bütün xəbərlər »