Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ombudsmanın vəzifəsindən uzaqlaşdırılmasına istefa ərizəsi səbəb ola bilər

“Ombudsmanın vəzifədən getməsi istefa verməsi ilə mümkün ola bilər. Buna onun yazılı ərizəsi səbəb ola bilər”.

Bu fikirləri Qazet.az-a açıqlamasında Millət vəkili Fazil Mustafa səsləndirib.

Fazil Mustafa Fazil Mustafa

O qeyd edib ki, ombudsmanın vəzifəsindən uzaqlaşdırılması digər qanunazidd əməlləri nəticəsində istefa vermədən də mümkün ola bilər.

“Digər hallarda isə, hər hansı qanun pozuntusu varsa, Milli Məclis bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək məsələnin həllini gerçəkləşdirə bilər. Konkret cinayət işi varsa, qanunazidd əməl varsa, deyilsə ki, bu şəxs ombudsman kimi fəaliyyət göstərə bilməz, onda olar”, – deyə Fazil Mustafa qeyd edib.

Son günlər ombudsman Səbinə Əliyevanın AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakı əhali arasında geniş müzakirələrə səbəb olub. Karantin qaydalarının pozulması ilə təşkil edilən toy mərasimindən sonra məclisdə iştirak edən vəzifəli şəxslər, o cümlədən, Səbinə Əliyeva cərimələnib.

Millət vəkili Fazil Mustafa hesab edir ki, Səbinə Əliyevanın toyda iştirakı obdusmanın vəzifədən uzaqlaşdırılmasına əsas vermir.

“İndiki şəraitdə bu məsələnin böyüdülməsinin adı yoxdur. Konkret olaraq bir toy mərasimində iştiraka görə, hansısa kriminal məsələ yoxdur – inzibati pozuntu var sadəcə. Bu pozuntuya görə də o, cərimələnib. Əlavə olaraq bunu başqa adlar altında şişirtməyə ehtiyac yoxdur”, – deyə millət vəkili bildirib.

Qeyd edək ki, Səbinə Əliyevanın həyat yoldaşı, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etməsi barədə xahiş edib. S. Novruzovun istefa ərizəsi qəbul edilib.(demokrat.az)

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »