Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artisti xəstəxanaya yerləşdirildi

Bir neçə gün əvvəl səhhətində problem yaranan Xalq artisti Əbdül Mahmudov xəstəxanaya yerləşdirilib.

Lent.az -la söhbətində aktyor mədə-bağırsaq ağrılarından və nəfəs yollarının soyuqlamasından əziyyət çəkdiyini deyib.

Aktyor dünən axşam saatlarında Respublika Müalicəvi Diaqnostika Tibb Mərkəzinə yerləşdirilib: “Dünəndən qan analizlərim götürülüb, sistem qoşulub. Gözləyirəm ki, analizlərin cavabı bilinsin, diaqnoz qoyulsun, müalicəni çıxıb ev şəraitində alaram, çünki burda çox darıxıram”.

Xatırladaq ki, aktyorun müalicəsi dövlətin nəzarətindədir

Son xəbərlər
Bütün xəbərlər »