Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dilqəm Əsgərovun xanımının təqaüdü kəsildi: “Nazirliyin 220 manata ehtiyacı var?”

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6 ildən artıqdır erməni girovluğunda saxlanlılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdü kəsilib”.

Bu fikirləri Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı ƏƏSMN nin Şəmkir rayonunda yerləşən 20 saylı Region Üzrə Dövlət Əmək Müfəttişliyində olub.

Sahil Babayev Sahil Babayev

“Mənə dedilər ki, anamın təqaüdünün kəsilməsi ilə bağlı göstəriş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən gəlib. İndi mən nazir Sahil Babayevə müraciət edirəm. Niyə 6 ildən artıqdır erməni əsirliyində olan Dilqəm Əsgərovun həyat yoldaşının 220 manatı kəsilib? Axı dövlət başçısı dəfələrlə şəhid, qazi və girov ailələrinə diqqət və qayğı ilə yanaşılması istiqamətində tapşırıqlar verib. Məmurların vətəndaşlara yaxın olmasını tapşırıb. Təəssüf ki, bu tapşırıqlar yerlərdə yerinə yetirilmir. Görünür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənim anama verilən 220 manata ehtiyacı var”,– deyə K.Əsgərov bildirib.

Məlumat üçün bildirək ki, Dilqəm Əsgərovun həyat yoldaşı Əsgərova Firuzə Şura qızı 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd alırdı.

Qeyd edək ki, Azərbaycan əlillik pensiyası alanların nisbətinə görə dünyada sonuncu yerlərdən birini tutur. Bununla belə nazirlik olan-qalan pensiyaları da ləğv etməkdədir. Xəstəliyi olanlar da pensiya ala bilmir, çünki məqsədli şəkildə mürəkkəb prosedurlar müəyyən edilib ki, insanlar bu maneələri aşa bilməsinlər. Yalnız öz "bildiklərinə" pensiya verirlər.

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
Son xəbərlər
Bütün xəbərlər »