Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandemiyadan ən az insan itkisi ilə çıxmaq əsas məqsəddir

2020-ci il dünyanın yaddaşında müasir insanın alışıq olmadığı özünütəcrid, sosial məsafə, koronavirus, pandemiya, iqtisadi tənəzzül, karantin kimi ağır ifadələrlə qaldı.

Artıq ilin yarısını bu qaydalarla yaşamışıq və hələ ki, pandemiyanın sona çatdığını demək çətindir. Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparmalı oldu. Ölkəmizdə virusla mübarizə çərçivəsində başladılmış bütün tədbirlərin əsasında vətəndaşın sağlamlığı, insan amili, onun rifahı, sosial cəhətdən müdafiəsi dayandı. Prezident İlham Əliyev həm dövlət başçısı, həm də bir vətəndaş kimi bu mübarizənin önündə dayanaraq digər ölkə rəhbərlərinə də nümunə göstərdi və bu hələ də davam edir.Son günlər ürəkaçan faktdır ki. ölkəmizdə koronavirusa qarşı görülən ciddi tədbirlər sayəsində sağalanların sayı yoluxanların sayını üstələyib.

Dövlət başçısı respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən ölkə vətəndaşlarının sağlamlığının qorunmasını, pandemiyaya qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyub, bütün dövlət qurumlarına əsas diqqəti bu sahəyə yönəltməyi tapşırıb. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb edilir, imkansız şəxslər pul, ərzaq və tibbi yardımlarla təmin olunur. Prezidentin sözlərinə görə, minlərlə insanın ölməsi və xəstəliyin demək olar ki, dünyada geniş yayılması bütün ölkələr üçün böyük sınaqdır, böyük çağırışdır: “Biz elə işləməliyik, elə tədbirlər görməliyik ki, bu vəziyyətdən az itkilərlə çıxaq. Martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq”.

Dövlətimizin həssas qrupdan olan təbəqəyə qayğısının bariz ifadəsi kimi, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmət göstərilir, əlilliyi olan insanlar diqqətdə saxlanılır, həssas əhali qrupuna aid ailələrin övladlarının təhsil haqqı dövlət hesabına ödənilir. Azərbaycanda epidemioloji gərginlik davam etsə də, karantin rejimi vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Bu da diaqnostik imkanlar və xəstəliyin vaxtında aşkarlanmasının nəticəsidir. Son iki həftə ərzində sağalanların sayı artıb.

Bəzi regionlar isə artıq koronavirusdan təmizlənib. Virusun qeydə alındığı ərazilərin 25 faizində risk ocaqları ləğv edilib. Azərbaycan hökuməti koronavirusla mübarizə yekunlaşandan sonra, postpandemiya dövründə də müəyyən tədbirlərin reallaşdırılmasını planlaşdırıb. Bu zaman, ilk növbədə, iqtisadi artımın yeni modelinin tətbiqi nəzərdə tutulub.

Bu bəladan tezliklə xilas olmaq üçün hər kəs bir nəfər kimi səbirli, təmkinli və soyuqqanlı olmalı, Operativ Qərargahın, TƏBİB-in, mütəxəssislərin bütün tövsiyələrinə, çağırışlarına, qərarlarına əməl etməli və anlamalıdır ki, bu dövlətin mənfəəti üçün yox birbaşa bizlərin sağlamlığı üçündür. . Açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməli, sosial məsafə gözlənməli, obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atılacaq”.

Bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır.

İlham Məmmədov İlham Məmmədov

Ölkədə pandemiya dönəmində baş verənlərlə bağlı Bizimyol.info-ya danışan Milli Məclisin deputatı İlham Məmmədov qeyd edib ki, bu bəladan tezliklə birlikdə xilas olmaq, qurtulmaq istəyiriksə, səbirli, təmkinli, soyuqqanlı olmalı, Operativ Qərargahın, TƏBİB-in, mütəxəssislərin bütün tövsiyələrinə, çağırışlarına, qərarlarına bir nəfər kimi, əməl etməliyik. “İnanıram biz bunu bacaracağıq və birlikdə daha da güclü olacağıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və qabaqlayıcı tədbirlərin, xüsusi karantin rejiminin və sərtləşdirilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində yenidən müsbət dinamika əldə etmişik. Mən bir daha hər bir kəsi məsuliyyətli olmağa, bu qorxunc bəla zamanı qazandığımız nəticələri qoruyub saxlamaq üçün diqqətli olmağa çağırıram. Xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Bu günə qədər bütün addımlar düzgün atıldı.Biz virusla müharibəni az itki, az ziyanla başa vurmaq üçün bacardığımızı etdik. Karantin rejiminin əsas məqsədi də bu idi. Sağlamkən kimsə xəstəliyin nə demək olduğunu düşünmür, amma koronavirusa yoluxan ağır xəstələr bir udum nəfəs üçün sərvət verməyə hazır olduqlarını deyirlər. Elə ona görə, dövlət vaar gücüylə səy göstərir ki, insanlarımızı qorusun, sağlam gələcəyimizə, normal həyatımıza bacardıqca tez qovuşmaq üçün bu gün biz sadəcə səbr, dözüm və məsuliyyət nümayiş etdirməli, deyilən qayda – qanunlar çərçivəsində yaşamalıyıq”.

İlhamə Rəsulova

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »