Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı sakini Ağdaşda narkotik becərdiyinə görə saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olanlara qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaşda yaşadığı ünvanda çətənə kolları becərən Bakı şəhər sakini Mehman Soltanov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan hündürlükləri 3 m 10 sm-dən 4 m 20 sm-dək, ümumi çəkisi 45 kiloqram olan 12 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək, maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »