Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko və oğlunun bir sıra ölkələrə girişinə qadağa qoyuldu

Latviya, Litva və Estoniya Belarusda prezident seçkisində saxtakarlıqlar və daha sonra etiraz aksiyalarının zorakılıqla yatırılması ilə əlaqədar bu ölkənin vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqinə qərar verib.

Bizimyol.info xəbər verir ki, 30 nəfərin adının yer aldığı siyahıda Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Aleksandr Lukaşenko da var.

Belarusda insanlar yenə küçələrə axışdı Belarusda etiraz aksiyası

Lukaşenko və sanksiya siyahısında adları olan digər şəxslərə Baltik ölkələrinə daxil olmaq qadağan edilir.

Siyahıda prezident Lukaşenkonun oğlu Viktor Lukaşenko, Belarusun Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina və daxili işlər naziri Yuri Karayevin də adı var.

Viktor Lukaşenko Viktor Lukaşenko

Avropa İttifaqı ölkələri də Belarus rəsmilərinə qarşı sanksiya tətbiqi barədə razılığa gəliblər. Amma sanksiya siyahısına daxil ediləcək şəxslərlə bağlı fikir ayrılığı yaranıb. Bu siyahıya şəxsən Lukaşenkonun daxil edilməsi ilə heç də bütün Avropa İttifaqı ölkələri razılaşmırlar. Ona görə də Baltik ölkələri bu məsələdə müstəqil addım atmaq qərarı verib. Onlar Belarus hakimiyyətinə münasibətdə sərt tədbirlərin tərəfdarıdır.

Belarusda artıq üçüncü həftədir ki, prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlar davam edir. Etirazçılar Lukaşenkonun saxtakarlıqla prezident seçildiyini bildirirlər.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »