Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda insanlara prezidentin portretini məcbur satırlar - Foto

Türkmənistanda ciddi iqtisadi, sosial problemlər yaranıb. Nağd pul qıtlığı müşahidə olunur. Amma hökumət indi başqa qayğılarla yaşayır.

Bizimyol.info xəbər verir ki, Türkmənistanda insanlara prezidentin portretini məcburi satırlar.

Qurbanqulu Berdıməhəmmədovun portreti Qurbanqulu Berdıməhəmmədovun portreti

Alternativ media Lebap vilayətində xüsusi metoddan istifadə olunduğunu yazır. Burada ərzaq mağazalarına gələn müştəriləri Qurbanqulu Berdıməhəmmədovun portretini almağa məcbur edirlər. Özü də rəsm ucuz təklif olunmur. Portret 20 Türkmənistan manatına satılır. Bu isə təxminən 6 dollar deməkdir. Türkmənlər üçün bu məbləğ yetərincə böyükdür.

Farap vilayətində un və çörək qıtlığı yaranıb. Uzun növbələr nəzərə çarpır. Üstəlik, məhsula əli çatan müştəri portret almaq məcburiyyətində də qalır.

İnsanlar hökumətin ağlasığmaz qərarına etiraz etməyə qorxur. Çünki güc strukturları bu məsələyə ciddi nəzarət edir. Qurbanqulu Berdıməhəmmədov Türkmənistana 2007-ci il fevralın 14-dən başçılıq edir. Dövlət başçısı buna qədər 10 il səhiyyə naziri olub.

Son xəbərlər
Bütün xəbərlər »